ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi ABŞ-ın İranın nüvə proqramına son qoymaq üçün danışıqlar yolu ilə həll yoluna üstünlük verdiyini bildirib və əlavə edib: “Ancaq vaxt azdır”.
Turkustan.az xəbər verir ki, Şi BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin problemi ilə bağlı dinləmələrində çıxış edib.
Şi İranın regionda milyonlarla insan üçün "təhlükə" yaratdığını deyib və Tehranın "beynəlxalq sabitliyi pozan kampaniyasının" təkcə öz vətəndaşlarının deyil, həm də bütün beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təhdid etdiyini iddia edib.
ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına son qoyması üçün iki yol olduğunu açıq şəkildə ifadə etdiyini xatırladan Şi: "ABŞ danışıqlar yolu ilə həll yoluna üstünlük verir. Amma vaxt azdır"-deyib.
Şia qeyd edib ki, İran nüvə silahı proqramından əl çəkməsə, “məsuliyyət daşımalıdır” və mənalı diplomatiyanın hələ də mümkün olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az