Beykoz Bələdiyyəsi istintaqında şok açıqlama: İmamoğlu sui-qəsd qurdu


Beykoz Bələdiyyə Başçısı Alaattin Köselerin də aralarında olduğu 12 şübhəlinin həbs olunduğu "tenderi saxtalaşdırmaq" və "təşkilat qurmaq, üzv olmaq və cinayət törətməyə kömək etmək" cinayətləri ilə bağlı Beykoz Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.

Turkustan.az
xəbər verir ki, Beykoz bələdiyyəsinin keçmiş sədri Alaattin Köseler, özəl katib Vəli Gümüş və bələdiyyə sədrinin müavini Fidan Gül həbs olunaraq həbsxanaya göndərilib. İstintaq davam edərkən, Beykoz Sülh Cəza Məhkəməsində xüsusi katib Vəli Gümüşün etdiyi müdafiə üzə çıxıb.

Gümüş müdafiə çıxışında: "Bu məsələ ilə bağlı daha əvvəl verdiyim müdafiələri təkrar edirəm. Fidan Gülün açıqlamaları doğru deyil. Onur Dəmirci və Mustafa Karadağı üzdən tanıyıram. Fidan Güllə bu şəxslərin Alaattin bəyin otağında görüşməsi hadisəsi baş vermədi. Bunlar Fidan Gülün uydurmasıdır. Bütün bu hadisələr Beylikdüzü və İBB komandasının bizə qarşı həyata keçirdiyi əməliyyatdır"-deyə, bildirib.

Gümüş açıqlamasında partiyadaxili qarşıdurma olduğunu iddia edərək: "Beykozda doğulmuş bir Beykoz Bələdiyyə Başçısına yaraşmayan ittihamlar, açıqlamalar verirlər. Bunu Beykoz Bələdiyyə Məclisində olan və Beylikdüzü komandası ilə hərəkət edən şəxslərlə birlikdə edirlər. Bir sözlə, partiya daxilində münaqişə olduğunu deyə bilərik" deyib.

"Hazırkı bələdiyyə sədri Özlem Vural Gürzel Fidan Güllə birlikdə Beykozda bütün xəbərləri İBB komandasına ötürdü. Deyə bilərəm ki, Beykoz Bələdiyyəsi bu yolla az qala ikiyə bölündü. Bu səbəbdən o, bizə düşmənçilik bəsləmiş, böhtanlar atmış ola bilər. O, bələdiyyə sədrinin müavini olduğu üçün F.Güllə bağlı tenderlər də mənim nəzarətim altında idi. Bələdiyyə, o zaman yoxlamamız var idi və mən şəxsən rəsmi məktub yazaraq hər şeyin yoxlanılmasını xahiş etdim ki, mən heç bir qeyri-qanuni əməliyyat etməmişəm, məncə, Əkrəm İmamoğlu və onun komandası mənə və bələdiyyə sədrinə qarşı bir sui-qəsd qurmuşdu".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ