Gürcüstan: Ölkədəki bu çevrilişlər planlaşdırılmışdı


Müəyyən bir dairə, o cümlədən Ukraynadan olan gürcü muzdluları 2024-cü ildə Gürcüstanda zorakılıqla hakimiyyət dəyişikliyini planlaşdırırdılar.

Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən il üçün hesabatında deyilir.

Agentliyin məlumatına görə, dövlət çevrilişinə bəhanə kimi parlamentin xarici agentlər haqqında qanun qəbul etməsi və hökumətin ötən il oktyabrın 26-da keçirilən parlament seçkilərini saxtalaşdırmaqda ittiham etməsi göstərilməli idi.

"Müəyyən bir dairənin hərəkətləri xarici maliyyə, parlament və qeyri-parlament partiyalarının rəhbərləri, qeyri-hökumət təşkilatları tərəfindən idarə olunurdu. Müxtəlif vaxtlarda ölkədən kənarda olan Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi cinayət planında fəal iştirak ediblər"- məlumatda deyilir.

Kəşfiyyat xidmətinin məlumatına görə, Ukraynadan olan muzdlular Gürcüstana gəlməyə və polis əməkdaşlarına hücumda iştirak etməyə hazır idilər ki, bu da vəziyyəti xeyli gərginləşdirəcəkdi. Muzdlular məmurların hakim siyasi qüvvədən kənarlaşdırılması imkanlarını da nəzərdən keçiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ