Tramp: Ukraynadakı münaqişə son mərhələdədir


ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsi son mərhələdədir.

Turkustan.az xəbər verir ki, o bildirib ki, təxminən bir həftə bu oyunu izləməli olacağıq. Son mərhələdəyik və yenə də, bu ABŞ-ın keçmiş prezidenti Co Baydenin müharibəsidir. Mən bunun üçün məsuliyyət daşımaq istəmirəm - bunun mənim üzərimdə olmasını istəmirəm.

Tramp onu da qeyd edib ki, Ukraynada münaqişə “ondan asılı olsaydı” başlamamalı idi və başlamazdı.

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın Rusiyaya Ukrayna hədəflərinə zərbələr endirməyi dayandırmaq çağırışını şərh edərkən bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir, lakin Moskva ilkin şərt olmadan Kiyevlə danışıqlara başlamağa hazırdır. O qeyd edib ki, Rusiya tərəfi bu hazırlığı dəfələrlə təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ