Rusiyanın keçmiş prezidenti və Putinin yaxın əməkdaşı Dmitri Medvedev bildirib ki, NATO-nun yeni üzvləri Moskva üçün potensial hədəfə çevrilib və münaqişə baş verərsə, nüvə silahı ilə hücum riski yaradır.
Turkustan.az xəbər verir ki, özünü Rusiyanın ən açıq anti-Qərb şahinlərindən biri kimi qələmə verən Medvedev təhdid oxlarını Qərb hərbi ittifaqına qoşulan son iki ölkə olan İsveç və Finlandiyaya çevirdi.
Medvedev əlavə edib ki, Qərbin siyasəti "güc vasitəsilə sülh", Rusiyanın siyasəti isə "qorxu vasitəsilə sülh"dür.
Aytən Yaşar/ Turkustan.az