Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni-nin dəvəti ilə IV Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə İtaliyanın paytaxtı Romaya gedib.
Turkustan.az xəbər verir ki, prezident Ərdoğan İtaliyanın baş naziri Giorgia Meloni tərəfindən rəsmi mərasimlə qarşılanacaq, Meloni ilə təkbətək görüşəcək, 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısı, müqavilələrin imzalanma mərasimi və birgə mətbuat konfransında iştirak edəcək.
Sammit çərçivəsində Türkiyə ilə İtaliya arasında əməkdaşlığı daha da gücləndirəcək addımların müzakirə ediləcəyi, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Sammit çərçivəsində iki ölkə arasında münasibətlərin müqavilə bazasının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sazişlərin imzalanması, işgüzar dairələrin iştirakı ilə biznes forumun təşkili də nəzərdə tutulur.
Türkiyə-İtaliya İş Forumuna qatılacaq Ərdoğan İtaliya prezidenti Sercio Mattarella ilə görüşəcək.
Aytən Yaşar/ Turkustan.az