“Tramp getdikcə Putin və Zelenskidən məyus olur” – Ağ Ev


“ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin daimi atəşkəs barədə razılığa gəlmələrini istədiyi üçün onlara qarşı məyusluğu getdikcə artır”.

Turkustan.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt Trampın aprelin 27-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Tramp getdikcə hər iki ölkənin liderlərindən məyus olur və daimi atəşkəs istəyir. Mən başa düşdüyüm kimi, Putin bu səhər müvəqqəti atəşkəs təklif edib. ABŞ prezidenti açıq şəkildə bildirib ki, o, daimi atəşkəs istəyir - ilk növbədə qətliamın dayandırılması, qan tökülməsinin dayandırılması”, - Levitt deyib.

Ağ Evin sözçüsü əlavə edib ki, Tramp razılığa gəlmək imkanına nikbin yanaşır, eyni zamanda real olaraq qalır: hər iki lider bu vəziyyətdən çıxış yolu tapmaq üçün masaya yaxınlaşmalıdır.

Xatırladaq ki, Kreml aprelin 28-də Rusiyanın Böyük Vətən Müharibəsində Sovet İttifaqının qələbəsinin 80-ci ildönümünü qeyd etmək üçün “humanitar səbəblərə görə” atəşkəs elan etdiyini açıqlayıb. Atəşkəs mayın 8-i gecə yarısından 11-i gecə yarısına kimi qüvvədə olacaq. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ