Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanla müharibənin növbəti 4 gün ərzində başlaya biləcəyini bildirib.
Turkustan.Az xəbər verir ki, o, bu barədə "Samaa TV" telekanalının efirində çıxışı zamanı danışıb:
"Region üzərində müharibə buludları toplanır. Pakistanla Hindistan arasındakı gərginlik təhlükəli həddə çatıb. İki ölkə arasında müharibə növbəti 2-4 gün ərzində baş verə bilər", - deyə o bildirib.
Nazir həmçinin Kəşmirdə turistlərə qarşı baş vermiş hücumun Hindistan tərəfindən təşkil olunduğunu iddia edib. Onun sözlərinə görə, bu hadisənin obyektiv araşdırılması üçün BMT-nin və ya regional güclərin iştirakı ilə beynəlxalq komissiya yaradılmalıdır.
Nazirin sözlərinə görə, hazırda Çin və Səudiyyə Ərəbistanı iki ölkə arasında müharibənin qarşısını almaq üçün fəal vasitəçilik səyləri göstərirlər. /oxu.az/