İsrail dövlət televiziyası KAN, adının açıqlanmasını istəməyən İsrail rəsmisinə istinadən xəbər verib ki, Təl-Əviv administrasiyası 5 illik atəşkəsi qəbul etməyib.
Turkustan.az xəbər verir ki, İsrail rəsmisi bunları bildirib: “Biz çətin ki, HƏMAS-ın yenidən silahlanmasına, yenidən qruplaşmasına və İsrailə qarşı müharibəsini davam etdirməsinə imkan verən atəşkəsi qəbul edək”.
Qəzzada saxlanılan israilli məhbusların ailələrindən verilən açıqlamada, təklifin rədd edilməsinin “hökumətin planının olmadığının daha bir sübutu” olduğu bildirilib.
KAN daha əvvəl bəyan etmişdi ki, vasitəçilər 5 ildən 7 ilə qədər davam edəcək atəşkəs və İsrail ordusunun Qəzzadan çıxarılması və HƏMAS məhbuslarının azad edilməsi müqabilində İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsini ehtiva edən təklif təqdim ediblər.
Aytən Yaşar/ Turkustan.az