Türkiyə Pakistan və Hindistan arasında gərginliyin aradan qalxmasını arzu edir.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.
“Türkiyə nə öz bölgəsində yeni toqquşmada maraqlıdır, nə də digər ərazilərdə”, - Ərdoğan söyləyib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmirdə 25 nəfərin ölümü ilə nəticələnən 22 aprel terror aktından sonra pisləşib. /axar.az/