Trampdan ŞOK AÇIQLAMA: Həm ölkəni, həm də dünyanı idarə edirəm


ABŞ prezidenti Donald Tramp birinci dövrlə müqayisədə ikinci dövründəki işinə daha arxayın olduğunu vurğulayaraq: "Birinci dönəmimdə iki işim var idi: ölkəni idarə etmək və sağ qalmaq. İkinci dövründə həm ölkəni, həm də dünyanı idarə edirəm" deyib.

Turkustan.az xəbər verir ki, Tramp “The Atlantic” jurnalına verdiyi müsahibədə daxili siyasətdən tutmuş xarici siyasətə qədər bir çox mövzuda açıqlamalar verib.

O, əvvəllər Signal proqramı vasitəsilə Yəmənə qarşı hücum planlarının paylaşılması ilə bağlı “qalmaqalda” adı hallanan Cefri Qoldberqin redaktoru olduğu jurnala verdiyi müsahibədə prezident kimi ilk dövrünü ikinci dövrlə müqayisə edib.

İşindən “ləzzət aldığını” ifadə edən Tramp müsahibə boyu ikinci prezidentlik dövründə qərarlarına və addımlarına daha arxayın olduğu mesajını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ