İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada ikinci ilində müharibəyə son qoymaq istəyir.
Turkustan.az xəbər verir ki, “İsrail Hayom” qəzeti adı açıqlanmayan İsrail təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, Netanyahu müharibəni oktyabrda bitirməyi planlaşdırır.
Bu müddətin maksimum hədəflənən tarix olduğu və “şərait uyğun olarsa və müharibənin məqsədlərinə çatarsa” bu tarixdən əvvəl bitə biləcəyi qeyd edilib.
Rəsmi iddia etdi ki, “məntiqlə müharibə iki ildən çox çəkməyəcək”.
İsrail hökuməti bu iddialarla bağlı açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az