Aprelin 21-də katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatından sonra bütün gözlər Vatikanın Prezidentliyini və Katolik dünyasının ruhani liderliyini kimin üzərinə götürəcəyinə çevrildi.
Turkustan.az xəbər verir ki, Vatikanın yüksək səviyyəli mənbəsinin məlumatına görə, kardinallar kilsənin yeni liderini seçmək üçün mayın 7-də bir araya gələcəklər.
Mənbə Reuters agentliyinə bildirib ki, tarix Papa Fransisin şənbə günü dəfn mərasimindən sonra ilk dəfə Vatikanda kardinalların qapalı görüşündə qərarlaşdırılıb. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az