Rusiya: Krımı müzakirə etməkdən söhbət gedə bilməz


Rusiyanın Xarici İşlər Naziei Lavrov ABŞ mərkəzli CBS News kanalına verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs, İran-ABŞ danışıqları və Ukraynanın NATO üzvlüyü ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Rusiyanın 2014-cü ildə Ukraynadan qeyri-qanuni ilhaq etdiyi Krımın danışıqlara getməyəcəyini deyən Lavrov: "Rusiya öz ərazisini danışıqlar mövzusu etməyəcək" deyib.

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə 12 mülki şəxsin ölümü ilə nəticələnən hücumu ilə bağlı Lavrov, Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasına zidd olaraq Rusiyanın yalnız hərbi obyektləri hədəf aldığını iddia edib.

ABŞ prezidenti Donald Tramp hücuma “Vladimir, dayan!” deyərək cavab verib. Lavrov Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonun təqdim etdiyi 30 günlük atəşkəs ideyasını dəstəklədiyini vurğulayaraq, atəşkəsin Ukrayna ordusunu gücləndirməməli olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ