Ukrayna Vladimir Putinin Qələbənin 80 illiyi ilə bağlı mayın 8-dən 11-nə qədər elan etdiyi atəşkəsə inanmır.
Turkustan.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib ki, Vladimir Putinin mayın 8-dən 11-dək elan etdiyi atəşkəs manipulyasiyadır: "Niyə tam və hərtərəfli atəşkəs olmasın? Döyüşlərin tam dayandırılması olmayan hər şey Rusiyanın informasiya və hərbi məqsədlər üçün manipulyasiyası, müharibəni davam etdirmək niyyətini gizlətmək cəhdidir".
Qeyd edək ki, bu gün səhər saatlarında Putin nasist Almaniyası üzərində qələbənin 80 illiyi şərəfinə atəşkəs elan edib. O, aprelin ortalarında Pasxa atəşkəsi də elan etmişdi, lakin həmin müddət ərzində hər iki tərəf bir-birini razılaşmanı pozmaqda ittiham etdi. /AzPolitika.info/