Ukraynanın sabiq prezidenti azadlıqdan məhrum edildi


Ukrayna Baş Prokurorluğunun Telegram hesabından verilən açıqlamaya görə, Kiyev şəhərinin Podil Rayon Məhkəməsində keçmiş prezident Yanukoviçə qarşı “dövlət sərhədini qanunsuz keçmək və bəzi şəxsləri buna təhrik etmək” ittihamı ilə baxılan iş üzrə hökm elan edilib.

Turkustan.az xəbər verir ki, bəyanatda Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəis müavini Konstantin Kobzarın da eyni işdə təqsirli bilindiyi, Yanukoviçin 15 il, Kobzarın isə 10 il müddətinə azadlıqdan məhrum edildiyi qeyd edilib.

Bəyanatda deyilir ki, prokurorlar məhkəmədə sübut ediblər ki, Yanukoviç Rusiya hakimiyyəti ilə əməkdaşlıq edərək 2014-cü il fevralın 23-də Ukraynanın dövlət sərhədini hava yolu ilə qanunsuz keçib və onunla birlikdə öz yaxın çevrəsinin ən azı 20 üzvü və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının daşınmasını təşkil edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ