Türkiyə Milli Müdafiə Nazirliyi “Türkiyənin Pakistana silahla dolu 6 təyyarə göndərdiyi” iddiasına cavab verib.
Turkustan.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Nazirliyin açıqlamasında bildirilib ki, Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib. Daha sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib.
"Bəzi media orqanları "Türkiyə Pakistana 6 təyyarə dolusu silah göndərib " xəbərini yayıb. İddia doğru deyil. Səlahiyyətli şəxs və qurumların açıqlamaları xaricində edilən spekulyativ xəbərlərə etibar edilməməlidir",- deyə məlumatda qeyd olunub. //bakivaxti.az/