Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində atəşkəs elan edib.
Turkustan.az xəbər verir ki, atəşkəs Qələbənin 80-ci ildönümündə qüvvəyə minəcək.
Bu barədə Kremlin mətbuat xidməti “Telegram”da məlumat yayıb.
Atəşkəs mayın 7-dən 8-nə keçən gecə yarısından 10-11-i gecə yarısına kimi qüvvədə olacaq. Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq. /publika.az/