Maskdan şok açıqlama: Cərrahları robotlar əvəz edəcək


İlon Mask yaxın illərdə robotların insan cərrahları geridə qoyacağını bəyan edib.

Turkustan.az xəbər verir ki, məşhur milyarder bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O yazıb ki, robotlar bir neçə il ərzində yaxşı insan cərrahlarını, təxminən 5 il ərzində isə ən yaxşı cərrahları belə üstələyəcək.

Mask qeyd edib ki, "Neuralink" şirkəti beyin-kompüter sisteminə elektrod yerləşdirmək üçün robota ehtiyac duyub.

Onun sözlərinə görə, insan əli tələb olunan sürət və dəqiqliyə çata bilmədiyi üçün bu proses yalnız robot vasitəsilə həyata keçirilə bilib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ