Rusiya prezidenti Vladimir Putin yazılı açıqlamasında rus ordusunun aprelin 26-da Kursk bölgəsində hərbi əməliyyatlarda Ukrayna əsgərlərini məğlub etdiyini xatırladıb.
Turkustan.az xəbər verir ki, Şimali Koreya ordusu birliklərinin Kursk əməliyyatında beynəlxalq hüquq normalarına uyğun və Rusiya ilə Şimali Koreya arasında 19 iyun 2024-cü il tarixli Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin 4-cü maddəsinə uyğun olaraq iştirak etdiyinə işarə edərək, “tərəflərdən birinə silahlı hücum olarsa, dərhal hərbi yardım göstərəcək”-deyən Putin Şimali Koreya xalqına və Şimali Koreya lideri Kim Conq-a təşəkkür edib.
Şimali Koreya əsgərlərinin Rusiya əsgərləri ilə çiyin-çiyinə Rusiyanı öz vətənləri kimi müdafiə etdiklərini qeyd edən Putin Koreya əsgərlərinin qəhrəmanlığını, aldıqları yüksək səviyyəli xüsusi təlimi və fədakarlığını yüksək qiymətləndirdiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az