Yəməndə İranın dəstəklədiyi husilər ABŞ raketinin afrikalı miqrantların məskunlaşdığı binaya düşməsi nəticəsində 35 nəfərin öldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, husilərə bağlı Əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ döyüş təyyarələrindən atılan raket Səada şəhərində afrikalı miqrantların sığınacağına düşüb.
Sözügedən binadan 35 cəsədin çıxarıldığı, 30 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.
Mülki müdafiə və Yəmən Qızıl Aypara qruplarının binada axtarış-xilasetmə işlərini davam etdirdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az