Netanyahu: Fələstin dövlətinin yaradılması absurd ideyadır


“İsrail Hayom” qəzetinin məlumatına görə, Netanyahu Qüdsdə Birləşmiş Millətlər Təşkilatında (BMT) xidmət edən bir sıra səfirlərlə görüşüb.

Turkustan.az xəbər verir ki, Netanyahu səfirlərlə görüşü zamanı deyib: "Fələstin dövlətinin qurulması ilə sülhün gələcəyi fikri absurd fikirdir. Biz bunu Qəzzada sınadıq. Bizi məhv etməyə çalışan bir rejimi eyni məqsəd üçün çalışan başqa bir rejimlə əvəz etməyəcəyik".

İsrailin baş naziri iddia edib ki, “İsrail ilə fələstinlilər arasında sülhün əldə edilməsinə əsas maneə ərəb dünyasının bir hissəsinin hələ də yəhudi dövlətini tanımaqdan imtina etməsidir”.

HƏMAS ilə Fələstin rəhbərliyi arasında heç bir fərq görmədiyini qeyd edən Netanyahu: "Həmas dərhal İsraili hərbi yolla məhv etməyə çalışır. Fələstin rəhbərliyi isə beynəlxalq kanallar vasitəsilə İsraili 1967-ci il sərhədlərinə çəkməyi və daha sonra hərbi hücuma keçməyi hədəfləyir" deyə, bildirib.

Netanyahu bu açıqlaması ilə "1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını" tələb edən BMT qətnamələrinə və beynəlxalq hüquqa məhəl qoymayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ