Xameneidən göstəriş: Səhlənkarlıq və ya qəsd varsa, üzə çıxarın!


İran lideri Xamenei dünən İranın cənubundakı Fars körfəzi sahilindəki Bəndər Abbas limanında baş verən partlayışla bağlı mesaj verib.

Turkustan.az xəbər verir ki, Limanda baş verən ağrılı hadisənin kədər və narahatlıq doğurduğunu bildirən Xamenei partlayışda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyib.

Bütün hakimiyyət orqanlarının “faciəli və dağıdıcı hadisələrin qarşısını almaq üçün özlərini məsuliyyətli hesab etməli olduqlarını” vurğulayan İran lideri limandakı partlayışın təxribat ola biləcəyi ehtimalına diqqət çəkib və qeyd edib:

Polis və ədliyyə orqanları bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparmalı və hər hansı səhlənkarlıq və ya qəsdin olub-olmadığını aşkar etməlidir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ