Rusiya ilə ABŞ razılığa gəldi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb, tərəflər arasında “məhsuldar fikir mübadiləsi” baş tutub.

Turkustan.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Son zamanlar əhəmiyyətli dərəcədə intensivləşən Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib", - deyə nazirlik qeyd edib.

Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi bütün səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, əsas diqqət Ukrayna böhranı mövzusuna yönəlib:

“Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aprelin 25-də baş tutan söhbətin yekunu olaraq nazir və dövlət katibi uzunmüddətli davamlı sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlara başlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğuladılar”. /modern.az/


MANŞET XƏBƏRLƏRİ