Xristian Demokrat İttifaqının (CDU) siyasətçisi İohan Vadeful Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, Vadeful bir neçə həftədir ki, perspektivli namizəd hesab olunur. Əvvəllər o, Bundestaqda Xristian Demokrat və Xristian Sosial Birlik (XDB/XSB) fraksiyasının sədr müavini vəzifəsində çalışıb.
Siyasətçi Rusiya əleyhinə mövqe tutur. Xüsusilə, Almaniyanın Ukraynaya uzaq mənzilli Taurus qanadlı raketlərini ötürməsinin tərəfdarıdır.
/Publika.az/