Türkiyədə GÜCLÜ zəlzələ baş verdi


Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda bu gün saat 21:09-da 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yayımlanan məlumata görə, zəlzələnin ocağı yerin 11,31 kilometr dərinliyində yerləşib.

Elazığ Valisi Numan Hatipoğlu sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, zəlzələ ilə bağlı AFAD və 112 Təcili Yardım xəttinə indiyə qədər hər hansı bir zərər və ya dağıntı barədə məlumat daxil olmayıb. O, paylaşımında bunları qeyd edib:

"Elazığa keçmiş olsun. Bu dəqiqəyə qədər hər hansı bir mənfi vəziyyət qeydə alınmayıb. Allah ölkəmizi bütün təbii fəlakətlərdən qorusun. Bütün qurumlarımız zəlzələnin bölgəmizdəki təsirlərini yaxından izləyir".

AFAD-dan açıqlama

AFAD tərəfindən verilən açıqlamada bildirilib ki, Elazığın Sivrice rayonunda saat 21:09-da baş verən və Malatya vilayətində də hiss olunan 4,9 bal gücündəki zəlzələ sonrası hazırkı vaxtadək hər hansı bir olumsuz vəziyyət qeydə alınmayıb. Ərazi araşdırmaları isə davam etdirilir.

Nazir Murat Kurumdan açıqlama

Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum da sosial media hesabında zəlzələ ilə bağlı paylaşım edərək Elazığ və digər bölgələrdə zəlzələdən təsirlənən vətəndaşlara "keçmiş olsun" arzularını çatdırıb. O bildirib:

"Zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. Bu günə qədər hər hansı bir olumsuzluq bildirilmir. Qrupumuzla vəziyyəti yaxından izləyirik". /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ