Trampın komandası artıq ticarət sövdələşmələri və sülh danışıqlarına diqqət yetirərək növbəti 100 gün üçün plan hazırlayır.
Turkustan.az xəbər verir ki, bu barədə “Röyters” Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, ABŞ prezidenti gələn ay Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində israrını davam etdirəcək, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə geniş səfər edəcək. /axar.az/