Minaya düşüb, sonra geri çəkilib, sərhədçilərimiz görməyib – Sərkisyan


“Sərhəddə mina partlayanda sərhədçilər harada idi? Əsgərlərin yaxınlıqda baş verən partlayışdan xəbərləri belə olmayıb”.

Turkustan.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sərkisyan deyib.

“Aprelin 24-də Noyemberyan icmasının Zorakan kənd sakini Haykaz Melkumyan Berdavan kəndinin sərhəd zolağında qulançar və odun yığarkən mina partlayışı nəticəsində xəsarət alıb. Onun sağ ayağı qopub. Haykaz yarasını bağlayıb və arxaya doğru irəliləyib. Təəccüblüdür ki, sərhədi qoruyan əsgərlər onu görmədilər və köməyə gəlmədilər. Necə olur ki, sərhəd zolağında mina partlayıb, amma sərhədçilər o gur səsi eşitməyib, hadisədən xəbəri olmayıb?”, – – V.Sərkisyan qeyd edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ