ABŞ-dan Zelenskiyə ultimatum: Ya sülhə imza at, ya da…


“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dəstəyini itirdikdə Rusiya ilə sülh müqaviləsi imzalamağa razı olacaq”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki Daniel Davis deyib.

Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp xarici həmkarına ultimatum verməlidir:

“Zelenski ya Moskvanın münaqişənin həlli üçün qoyduğu bütün şərtlərlə razılaşmalıdır, ya da Vaşinqton danışıqlar prosesindən geri çəkiləcək”.

Polkovnik bildirib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putini təslim olmağa məcbur edə bilməz.

Qeyd edək ki, aprelin 26-da Tramp münaqişə tərəflərini onun planını qəbul etməsələr, Ukrayna sülh prosesindən çıxacağı ilə hədələyib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ