İrandakı partlayışın ilkin SƏBƏBİ


İranın Şəhid Rəcai limanında baş verən partlayışa səbəb bərk raket yanacağında istifadə edilən natrium perklorat ola bilər.

Turkustan.az bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı mənbəyə istinadən xəbər verir.

Mənbə bu maddənin partlamasına nəyin səbəb ola biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, şənbə günü səhər Fars körfəzi sahilində, Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, azı 18 nəfər həlak olub, 800-dən çox insan yaralanıb.

Ölkənin daxili işlər naziri Eskəndər Momeni hadisə yerinə gəlib. Partlayışın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ