İrandakı partlayışla bağlı SON DƏQİQƏ XƏBƏRİ - Nəticə ağırlaşdı


İranın cənubundakı Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışın nəticələri daha da ağırlaşıb.

Turkustan.az xəbər verir ki, “Mehr” agentliyinin yaydığı məlumata görə, hadisə zamanı 18 nəfər həyatını itirib, 800-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, partlayışın yaratdığı güclü zərbə dalğası liman ərazisindəki binalara və nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Şəhərdə yaralıların sayının artması səbəbindən qan ehtiyatlarının artırılması üçün transfuziya mərkəzi təcili qanvermə aksiyası başladıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ