Kursk vilayətində Şimali Koreyanın 8500 hərbçisi ölüb, 11 mini isə yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka" Teleqram kanalı Rusiya Baş Qərargahındakı mənbəyə istinadla məlumat yayıb.
"Biz itkilərimizin ümumi sayından danışa bilmərik, amma başa düşməliyik ki, koreyalılar olmasaydı, bizimkilər orada həlak olardı. Burada biz yoldaş Kimə verdiyi dəstəyə görə yalnız təşəkkür edə bilərik", - mənbə bildirib.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Kursk vilayətinin tamamilə azad edildiyi barədə məlumat vermişdi. /axar.az/