İranda yanğın yenidən alovlanıb


İranın Bəndər Abbas şəhərindəki Şahid Rəcai limanında yanğın yenidən alovlanıb və güclü külək onun yayılmasını sürətləndirib.

Turkustan.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Muameni deyib:

"Böhrana nəzarət etmək üçün bütün əyalət qüvvələri səfərbər edilib. Güclü külək səbəbindən konteynerlərdəki yanğın sürətlə yayılıb. Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün bəndlər tikilib, ərazinin ətrafına boş konteynerlər qoyulub".

O əlavə edib ki, yanğının lokallaşdırılmasına bütün mümkün xidmətlər cəlb olunub və onlar gücləndirilmiş iş rejimində işləyirlər.

Qeyd edək ki, bu gün günorta saatlarında Bəndər Abbas liman şəhərinin Şahid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, limanda baş verən partlayış nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, daha 750 nəfər yaralanıb.


MANŞET XƏBƏRLƏRİ