İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həyata keçirilən yeni əməliyyatdan sonra CHP sədri Özgür Özəl Manisa və İzmir proqramlarını ləğv edəcək, Əkrəm İmamoğlu və digər məhbusları ziyarət edəcək.
Turkustan.az xəbər verir ki, bildirək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində aparılan yeni əməliyyatda barəsində həbs qərarı çıxarılan 53 nəfərdən 50-si saxlanılıb.
Saxlanılanlar arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Arif Gürkan Alpay, Əkrəm İmamoğlunun özəl katibi Kadriye Kasapoğlu və Medya A.Ş. İdarə Heyətinin sədri, İmamoğlunun müşaviri Murat Ongunun həyat yoldaşı Gözdem Ongun da iştirak edir.
Aytən Yaşar/ Turkustan.az