Fransanın Auvergne-Rhone-Alpes bölgəsində yaşayan 52 yaşlı cütlük Mişel Düpon öz torpağında torpağa baxarkən parlaq sarı daşlar görüb.
Turkustan.az xəbər verir ki, fermer Düponun ekspertlərə göstərdiyi daşlar müayinə zamanı qızıl olub.
"Mən öz torpağımda müntəzəm yoxlama aparırdım. Sonra bu qəribə parıltı gördüm. Bir az da dərin qazanda əlimə inana bilmədim"-Düpon deyib.
Əraziyə çağırılan geoloqların araşdırması nəticəsində yatağın altında təxminən 4 milyard avro dəyərində 150 tondan çox xalis qızıl olduğu müəyyən edilib. Səlahiyyətlilər bunun "ölkədə son illərdə ən böyük qızıl kəşflərindən biri" olduğunu bildiriblər.
Qanuna görə, yeraltı sərvətlər dövlətə məxsus olduğu üçün fransız fermerə qızılı çıxarmağa icazə verilməyib. İqtisadçılar qızıl mədəninin istismarının yüzlərlə insanı işlə təmin edə biləcəyini və əhəmiyyətli investisiya cəlb edə biləcəyini, ekoloqlar isə suyun çirklənməsi, nəqliyyatın artması və meşələrin qırılması kimi risklər barədə xəbərdarlıq edirlər. Torpaqdakı qızılın gələcəyi qeyri-müəyyən olaraq qalarkən, Fransa hökumətinin hərtərəfli qiymətləndirmələr apardığı və hələ bir qərar vermədiyi bildirilib.
Fransız fermer Mişel, "Mən sadəcə ədalətin bərqərar olmasını istəyirəm. Dövlət hər şeyi alacaq və mənə təzminat verəcək. Qanunda dəyərin 0,5 faizi həcmində təzminat nəzərdə tutulub" dedi.
Aytən Yaşar/ Turkustan.az