İranda baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb


İranın cənubundakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Turkustan.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə məlumat verib.

"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Qurbanların sayı artmaqda davam etsə də, bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər"-deyə, Həsənzadə əlavə edib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ