ABŞ prezidenti Donald Tramp “Social Truth” sosial media platformasında yeni açıqlama verib.
Turkustan.az xəbər verir ki, açıqlamasında “New York Times” qəzetində yazılan məqaləyə toxunan Tramp məqalənin müəllifini tənqid edib.
ABŞ prezidenti bəyanatının yekun hissəsində Rusiya prezidenti Vladimir Putinə istinad edib. Rusiyanın Ukraynaya hücumlarına toxunan Tramp deyib ki, Putinin mülki yaşayış məntəqələrini raketlərlə vurmaq üçün heç bir səbəbi yoxdur.
ABŞ prezidenti bu hücumların Putinin bəlkə də müharibəni bitirmək istəmədiyini düşündürdüyünü ifadə edərkən, bank sektorunda Rusiyaya qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə etdi.
Aytən Yaşar/ Turkustan.az