Pekin ABŞ prezidenti Donald Trampın Çinlə tarif danışıqlarının davam etdiyinə dair iddiasını bir daha təkzib edib.
Turkustan.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyi verdiyi açıqlamada tərəflərin tariflərlə bağlı danışıqlar apardığı iddiasının “tamamilə yanıltıcı” olduğunu bildirib.
"Çin və ABŞ tariflərlə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmayıb, hətta razılığa gəlməyib", - deyə məlumatda bildirilir.
Bildirək ki, dünən “Time” jurnalına verdiyi müsahibədə və Papa Fransiskin dəfnində iştirak etməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidenti Donald Tramp Çin Dövlət Başçısı Xi Jinping ilə tariflərlə bağlı danışdığını və detalların lazımı vaxtda açıqlanacağını iddia edib.
Çin ABŞ prezidenti Donald Trampın aprelin 2-də açıqladığı “qarşılıqlı tariflərə” reaksiya verib və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Pekin isə 125 faizə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq etdiyi qarşılıqlı tarifləri 90 gün təxirə salsa da, Çini hədəf alan tariflər artıq qüvvəyə minib.
Aytən Yaşar/ Turkustan.az