CHP-nin “Millət İradəsinə Ayaq” mitinqlərinin üçüncüsü bu gün Mersində keçirilib.
Turkustan.az xəbər verir ki, Yenişehir Mitinq Sahəsində toplaşan minlərlə mersinliyə müraciət edən CHP sədri Özgür Özəl: “Prezidentliyə namizədimiz Əkrəm İmamoğlu, bələdiyyə başçılarımız, bələdiyyə məclis üzvlərimiz, bələdiyyə bürokratlarımıza qarşı edilən çevriliş cəhdindən sonra, milli iradəyə göstərilən hörmətsizlikdən sonra, küçələrə sığmayan milyonlarla insan küçələrə axışdı. Bu gün, 'İmamoğlunun hürriyyətini istəyirəm, namizədim yanımda, bülleteni önümdə' deməyə Saraçhane, Maltepe, Samsun, Yozgat, Ankaradan salamlar gətirdik. Nə isə, növbəti seçkilərdən sonra AK Parti gedəcək, Türkiyəyə Barış gələcək, o sülhü gətirəcək. Həmin ad isə bu gün Silivridəki zindanından, otağından “Kiçik telefonundan böyük ürəyi ilə izləyən bizim prezidentliyə namizədimiz Əkrəm İmamoğludur”-deyə, bildirdi.
Aytən Yaşar/ Turkustan.az