Aİ və ABŞ ikitərəfli danışıqlarda razılığa gəldilər


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp ilk dəfə katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin dəfn mərasimində görüşüb və ikitərəfli görüş barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Arianna Podesta bildirib ki, von der Leyen və Tramp Vatikanda Papa Fransiskin dəfn mərasimi zamanı qısa görüş keçiriblər.

Mətbuat katibi görüşün təfərrüatlarını açıqlamayıb.

ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Vaşinqton-Brüssel münasibətləri bir çox sahələrdə gərginləşib.

Görüş yanvarın 20-də vəzifəsinin icrasına başlayan Trampla Aİ-nin ən nüfuzlu institutu və icraedici orqanı kimi fəaliyyət göstərən Komissiyaya sədrlik edən fon der Leyen arasında ilk təmas olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ