SON DƏQİQƏ: Rusiya Kurskdə Ukraynanın əməliyyatını bitirdi


Rusiyanın Kursk vilayətinin Ukrayna Sİlahlı Qüvvələrinin nəzarətindən azad edilməsi əməliyyatı başa çatdı.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

O, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun məsələ ilə bağlı müvafiq hesabatını Prezident Vladimir Putinə təqdim etdiyini söyləyib.

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayətinin ukraynalı neonasistlərdən azad edilməsi əməliyyatının başa çatması barədə məruzə edib”, – Peskov bildirib.

Vladimir Putin Rusiya ordusuna təşəkkür edib və digər ərazilərə də nəzarətin tezliklə bərpa olunacağını söyləyib.

Qeyd edək ki, Ukrayna ordusu ötən ilin avqustunda Kurskda xüsusi əməliyyatlara başladığını elan etmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ