İran dövlət televiziyasının məlumatına görə, Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai şəhər limanında partlayış baş verib.
Turkustan.az xəbər verir ki, bildirilib ki, şiddətli partlayışa limanda konteynerin naməlum səbəbdən partlaması səbəb olub.
Partlayış nəticəsində limandakı bir binanın da zədələndiyi bildirilib.
Hörmüzqan Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə partlayışın limanda bəzi konteynerlərin partlaması nəticəsində baş verdiyini və hadisə nəticəsində ən azı 195 nəfərin yaralandığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az