Zelenski və Trampın 15 dəqiqəlik söhbətinin görüntüləri gündəm oldu – FOTO


ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vatikanda baş tutan qısa görüşün fotoları yayımlanıb.

Turkustan.az xəbər verir ki, liderlərin ikitərəfli söhbətindən öncə Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron da onlarla bir araya gəliblər.

Daha sonra Papanın dəfn mərasiminə az qalmış Zelenski və Tramp iki kresloda üz-üzə əyləşərək söhbət ediblər. Müzakirə 15 dəqiqə çəkib və tərəflər mərasimdən sonra danışıqları davam etdirmək qərarına gəliblər.

Görüşün fotoları dünya mətbuatı və sosial şəbəkələrdə maraqla qarşılanıb. Bu, “Stul diplomatiyası” adlandırılıb.

(glbalinfo.az)


MANŞET XƏBƏRLƏRİ