Pakistan buna hazırdır - Şahbaz Şərifdən Hindistana təklif


Pakistan Pahalqam hücumu ilə bağlı istintaqda iştiraka açıqdır.

Turkustan.az xəbər verir ki, bunu ölkənin baş naziri Şahbaz Şərif deyib.

“Pakistan istənilən neytral, şəffaf və etibarlı istintaqda iştiraka açıqdır”, - baş nazir bəyan edib.

Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıb. KİV-in məlumatına görə, hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” qruplaşması ilə əlaqəli olan Əfqanıstanın “Müqavimət Cəbhəsi” qruplaşması öz üzərinə götürüb.

“Hindustan Times” yazıb ki, Hindistan kəşfiyyatı Pakistanın hücumda iştirakına dair sübutlar əldə edib. Bu fonda Hindistan bütün Pakistan vətəndaşlarının ölkədən qovulduğunu elan edib. Bundan başqa, ölkələr arasında Attari keçid məntəqəsi də bağlanacaq./publika.az


MANŞET XƏBƏRLƏRİ