İran və Pakistan Hindistanla bağlı danışıqlar aparır


İranın xarici işlər naziri Abbas Erakçi və Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Hindistan və Pakistan arasında son gərginliyi müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Erakçi pakistanlı həmkarı Dar ilə telefonla danışıb.

Erakçi bölgədə baş verən hadisələrdən kədərləndiyini bildirib və böhranın idarə olunmasında hər iki tərəfin mülayim və səbirli olmasının vacib olduğunu bildirib.

İranın hər iki ölkə ilə yaxşı münasibətlərə malik olduğunu bildirən Erakçi ölkəsinin Yeni Dehli ilə İslamabad arasında gərginliyin azaldılmasına və sabitliyin möhkəmləndirilməsinə yardım etməyə hazır olduğunu bildirib.

Pakistanın xarici işlər naziri Dar da ölkəsi ilə Hindistan arasında baş verən son hadisələri şərh edərək, İranın iki ölkə arasında gərginliyin azaldılması istiqamətində tutduğu mövqeyə görə minnətdarlığını ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ