Si Cinpin: Süni intellekt görünməmiş risklər də yaradır


Çin lideri Si Cinpin süni intellekt texnologiyalarının cəmiyyətə böyük imkanlar yaratdığını, lakin eyni zamanda görünməmiş risklər və çağırışlar da ortaya çıxardığını bəyan edib.

Turkustan.az xəbər verir ki, bununa bağlı ölkənin mərkəzi televiziyası məlumat yayıb.

“Süni intellekt inkişaf üçün misilsiz imkanlar təqdim etsə də, onunla yanaşı, təhlükəli və görünməmiş risklər də mövcuddur”, – deyə Si Cinpin bildirib.

ÇXR liderinin sözlərinə görə, süni intellekt insanın həyat tərzini və istehsalat proseslərini köklü şəkildə dəyişdirəcək. O, bu sahədə qanunvericilik bazasının və etik prinsiplərin sürətlə formalaşdırılmasının zəruriliyini vurğulayıb. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ