Tramp Zelenskiyə xəbərdarlıq etdi: Ümid edirəm ki, 3 həftə gecikir...


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini nadir torpaqlar haqqında sazişi mümkün qədər tez imzalamağa çağırıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp “Truth Social” hesabındakı paylaşımında Ukraynanın nadir torpaq elementləri sazişini hələ də imzalamamasından şikayətlənib.

Tramp "Twitter" səhifəsində, "Ukrayna ABŞ ilə çox vacib nadir torpaqlar sazişi ilə bağlı yekun sənədləri hələ imzalamayıb. Ən azı üç həftə gecikib. Ümid edirəm ki, bu müqavilə dərhal imzalanacaq" sözlərini yazıb.

Tramp həmçinin Rusiya ilə Ukrayna arasında sülh prosesinin indiyə qədər rəvan getdiyini və bu məsələ üzərində işləməyə davam edəcəklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ