Çin: ABŞ xaos yaratmağı dayandırmalıdır!


Pekin administrasiyası ABŞ prezidenti Donald Trampın Çinlə tarif danışıqlarının davam etdiyinə dair iddiasını bir daha təkzib edib və Vaşinqtonun ictimaiyyəti çaşdırdığını iddia edib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun paytaxt Pekində keçirilən növbəti mətbuat konfransında məsələ ilə bağlı suala cavab olaraq: "ABŞ və Çin tarif məsələsi ilə bağlı məsləhətləşmələr və ya danışıqlar aparmır"-deyə, bildirib.

Sözçü Quo Vaşinqton administrasiyasını tariflərlə bağlı ictimaiyyəti çaşdırmağı dayandırmağa çağırıb.

Çin ABŞ prezidenti Donald Trampın aprelin 2-də açıqladığı “qarşılıqlı tariflərə” reaksiya verib və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Pekin isə 125 faizə qaldırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ