Balaşixada Rusiya Silahlı Qüvvələrinin generalı Yaroslav Moskalikin ölümü ilə nəticələnən partlayışla Kiyev rejimi öz mahiyyətini bir daha göstərdi.
Turkustan.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, hazırda davam edən sülh danışıqlarına baxmayaraq, Moskva ayıq-sayıq olmalı və bu rejimin mahiyyətini başa düşməlidir.
"Kiyev rejimi bir daha sadəcə olaraq öz mahiyyətini nümayiş etdirir"-deyə, Kreml nümayəndəsi qeyd edib. "Kiyev rejimi ölkəmizin ərazisində terror fəaliyyətində iştirakını davam etdirir. Bu, bir daha onu göstərir ki, sülh danışıqlarına baxmayaraq, biz ayıq-sayıq olmalı və bu rejimin mahiyyətini dərk etməliyik".
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, general-leytenant Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünmək üçün bütün əsaslar var. Diplomatın fikrincə, əgər Ukrayna izi təsdiqlənərsə, bu, Rusiya Federasiyası ilə hərbi qarşıdurmanın genişlənməsinə mərc edən Kiyevin barbar xarakterini bir daha nümayiş etdirəcək.
Aytən Yaşar/ Turkustan.az