Zaxarova: General Moskalikin qətlində Ukraynanın əli var


Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Qətldə Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var, xüsusən ona görə ki, Yaroslav Moskalik Ukraynanın cənub-şərqindəki münaqişənin həlli üçün Minsk Təmas Qrupunda və Normandiya formatında işlədiyi vaxtdan onlara məlum idi”-deyə, Zaxarova şərhində bildirib.

Diplomat qeyd edib ki, əgər istintaq bu işdə Ukrayna izini təsdiqləsə, “bu, Rusiya ilə hərbi qarşıdurmanın genişlənməsinə mərc edən və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş konstruktiv təkliflərə məsuliyyətsiz şəkildə məhəl qoymayan Kiyev rejiminin vəhşi və xəyanətkar xarakterini bir daha dünya ictimaiyyətinə nümayiş etdirəcək”.

Rusiya Xarici İşlər Nazirliyi Yaroslav Moskalikin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ